Yanan bina sakini: ”Qonağım öldü” – VİDEO
Binəqədi rayonunda yanan binanın yeni görüntüləri yayıldı.
ANS TV-nin məlumatına görə, sakinlər səhər saatlarında evlərində qalan əşyalarını çıxarmaq üçün binaya daxil olublar. Binaya daxil olmaq üçün ilk növbədə qeydiyyatdan küçmək lazım gəlirdi. Amma binadan çıxan sakinlər evdənn heç nə çıxarda bilmədikləri üçün çox məyus olmuşdular. Çünki, bütün əşyalar yanaraq kül olmuşdu. Kiminin sənədləri, kimin pulları, kiminin qızlları.
Binanın öz sakinlərilə bərabər qonaq olan kəslərdən də ölən və yaralananların olduğu deyildi.
Şəhər İcra Başçısının rəhbər Hacıbala Abutalıbov sakinlərin bütün suallarını cavablandırmaq üçün hadisə yerində idi. O sakinlərin bina təmir olunana qədər evlərlə təmin olunacaqlarını və hər bir ehtiyaclarının ödəniləcəyini bildirdi.
Mənbə:> ANSPRESS