Kristina Aqilera Bakıda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Foto

Kristina Aqilera Bakıda – FOTO

Kristina Aqilera Bakıda


Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən "Baku Crystal Hall”a toplaşıblar.

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Kristina Aqilera Bakıda səhnəyə çıxıb. "Baku Crystal Hall”da öz hit mahnılarını səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.

Bəstəkar və aktrisa kimi də tanınan Kristina Aqileranın 7 albomu dünyada ümumilikdə 43 milyondan çox tirajla satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən müğənni 6 "Grammy” mükafatına layiq görülüb. Onun 4 mahnısı "Billboard”ın ən çox dinlənilən 100 ifası sırasında ilk yerləri tutub. Bundan başqa, Kristina Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox məşhurlarla sıx əməkdaşlıq edib.

Sonra səhnəyə məşhur DJ qrupu "Axwell Λ Ingrosso” çıxıb. İsveçin ən məşhur elektronik rəqs musiqisinin sevilən nümayəndələrindən olan DJ-lər Axwell və Ingrosso Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günündə tamaşaçılara əsl əyləncəli gecə təqdim ediblər.

Kristina Aqilera Bakıda
Kristina Aqilera Bakıda
Kristina Aqilera Bakıda
Kristina Aqilera Bakıda
Kristina Aqilera Bakıda
Kristina Aqilera Bakıda
Kristina Aqilera Bakıda

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *