İşi və Pirmalanın toyuna hazırlıq gedir, Beyons da oradadır, lap Hillari özü də... » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Maqazin

İşi və Pirmalanın toyuna hazırlıq gedir, Beyons da oradadır, lap Hillari özü də...

İşi və Pirmalanın toyuna hazırlıq gedir, Beyons da oradadır, lap Hillari özü də...

Beyons, Arianna Haffinqton, Hillari Klinton da daxil olmaqla dünyanın bir sıra tanınmışları Hindistanın ən zəngin şəxslərindən olan Mukeş Ambaninin qızı İşi Ambaninin toy mərasiminə qatılmaq üçün Hindistana gediblər.

Racistan ştatında baş tutacaq toy məclisinin qonaqları arasında metallurgiya maqnatı, dünyanın ən zəngin adamlarından biri Lakşmi Mittal, Priyanka Şopra ilə əri Nik Conas və başqaları da yer alıb. Virtualaz.org “İndependent”ə istinadən xəbər verir ki, İşi Ambani və Ananda Primalanın nikah mərasiminin keçiriləcəyi Udaypura ( Hindlilər onu Ağ şəhər adlandırırlar) onlarla çarter reysi enib. Və enməkdə davam edir. Yerli əhali bu hadisəni “mənim böyük hind toyum” adlandırıblar.

Mənbə yazır ki, tanınmış müğənni Beyons toya təkcə qonaq kimi gəlməyib, o, həmçinin toydan əvvəl xüsusi təşkil olunmuş partidə mahnı oxuyub və qonaqları əyləndirib.

İşi və Pirmalanın toyuna hazırlıq gedir, Beyons da oradadır, lap Hillari özü də...


Səbəbkar – “Reliance İndustries” şirkətinin prezidenti Mukeş Ambaninin qızı İşi 2014-cü ildə Yel Universitetini bitirib, sonra isə atasının biznesinin idarə olunmasında iştirak etməyə başlayıb. Hazırda şirkətin idarə heyətinin üzvüdür. Onun gələcək həyat yoldaşı 33 yaşlı Primal isə Mumbayda olduqca məşhur ailədən olan biznesmendir. Başqa sözlə, bu toy Hindistanın iki ən nüfuzlu klanının birləşməsindən başqa bir şey deyil.

“İndependent” xəbər verir ki, Ambani ailəsi ilə Hillari Klintonu artıq 18 ildir dostluq və işgüzar əlaqələr birləşdirir. Bu ilin yazında Hillari Mumbaya konfransa gedib və orada hindli dostları ilə dünyanın ən bahalı evlərindən birində-“Antilla” iqamətgahında yaxşı vaxt keçirib.

İşi və Pirmalanın toyuna hazırlıq gedir, Beyons da oradadır, lap Hillari özü də...


Bildirlir ki, dekabrın 12-nə təyin olunmuş toya qədər artıq bir həftədir ki, bu münasibətlər bayram keçirilir. Hər tərəfdə yarmarkalar təşkil olunub, konsertlər verilir, insanları müxtəlif təmamlara qonaq edirlər, hamı oxuyur, oynayır...

Bununla bərabər “İndependent” onu da qeyd edir ki, milyonlarla insanın dəhşətli yoxsulluq içərisində yaşadığı, elementar şəraitə, heç adi tualetə də malik olmadığı Hindistanda İşi ilə Primalanın nişanı da eyni təntənə ilə keçib. Nişan mərasimi İtaliyada, Komo gölündəki “Villa D’Este” otelində olub. Mərasimdə 600-dən çox qonaq iştirak edib, məşhur müğənni və bəstəkar Con Ledjenda özü canlı ifa edib...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *