Dünyanın ən nüfuzlu qadınları – SİYAHI
Forbes jurnalı 2016-cı ildə dünyanın ən nüfuzlu qadını adına yenidən Almaniya kansleri Angela Merkeli görüb.
Oxu.Az xəbər verir ki, Merkel ardıcıl altı il olaraq bu titula layiq görülür.
İkinci yeri ABŞ-ın keçmiş dövlət katibi və hazırda prezidentliyə namizəd Hillari Klinton tutur. Üçüncü yerdə isə ABŞ Federal Ehtiyatlıar Sisteminin başçısı Canet Yellendir.
İlk onluğa həmçinin General Motors şirkətinin baş direktoru Meri Barra, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Facebook-un baş əməliyyat direktoru Şeril Sandberq, Youtube portalının baş direktoru Syuzen Voyçiçki, Hewlett-Packard şirkətinin baş direktoru Meq Uitman və Santander Group şirkətinin İdarə Heyətinin sədri Anna Patrisiya Botin də daxil olub.
ABŞ prezidentinin həyat yoldaşı Mişel Obama reytinqdə 13-cü pillədə qərarlaşıb.
MDB ölkələri arasında ilk yüzlüyə daxil ola bilmiş yeganə qadın 56-cı yeri tutan Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinadır.
Mənbə:> Oxu.Az