ABŞ-da seçkilər: Hillari Klinton vaxtından əvvəl səsvermədə liderdir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ-da seçkilər: Hillari Klinton vaxtından əvvəl səsvermədə liderdir

ABŞ-da seçkilər: Hillari Klinton vaxtından əvvəl səsvermədə liderdir

“Slate” nəşrinin qeyri rəsmi proqnozuna əsasən, ABŞ prezident seçkilərində vaxtından əvvəl keçirilən səsvermədə Demokratlar Partiyasından olan namizəd Hillari Klinton liderdir.

RİA Novosti xəbər verir ki, vaxtından əvvəl səsvermənin nəticələrinə əsaslanan qeyri rəsmi proqnoza görə, Hillari Klinton seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan üçü – Florida, Ohayo və Nevada üzrə liderdir. Maraqlıdır ki, ənənəvi olaraq “demokrat” hesab edilən Pensilvaniya ştatı üzrə respublikaçı Donald Tramp Hilari Klintonu qabaqlayıb.

“Slate” nəşrinin məlumatına görə, Florida ştatı üzrə Klinton Trampa nisbətən 100 mindən çox səs üstünlüyünə malikdir. Burada vaxtından əvvəl səs vermiş 3,7 mln. seçicidən 48,3 faizi Klintona, 45,5 faizi isə Trampa səs verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *