Hillari Klinton özünə vitse-prezident seçib
Demokratlar partiyasından ABŞ prezidentliyinə ən iddialı namizədlərdən sayılan Hillari Klinton vitse-prezident vəzifəsinə namizədinin adını açıqlayıb.
Oxu.Az xarici mətbuata istrinadən xəbər verir ki, o, Twitter-də vitse-prezident vəzifəsinə Virciniya ştatının senatoru Tim Keynin namizədliyini irəli sürüb.
“Başqa insanların hüquqları uğrunda mübarizə, öz həyatını sərf edən insan, şərikim Tim Keynin adını həyəcanla oxuyuram” – deyə o, yazıb.
“İndicə Hillari ilə telefonla danışdım. Onun şəriki olmaq mənim üçün böyük şərəfdir”, – deyə Tim Keyn Klintona cavab verib.
Mənbə:> Oxu.az