Türkiyə klubu 18 futbolçunu satıb, əvəzinə 10 keçi aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Futbol

Türkiyə klubu 18 futbolçunu satıb, əvəzinə 10 keçi aldı

Türkiyə klubu 18 futbolçunu satıb, əvəzinə 10 keçi aldı

Türkiyənin “Gülspor” futbol klubu gənclərdən ibarət heyətin 18 oyunçusunu sataraq, qazandığı pula 10 keçi alıb.

Bu barədə “Tribune Dergi” özünün “Twitter” hesabında yazıb.

Bildirilir ki, komanda rəhbərliyi süd satışından ayda 5 min lirə (727,8 avro) qazanmaq niyyətindədir. Qeyd olunur ki, gəlirlər klubun ehtiyaclarına sərf olunacaq.

“Gülspor”un prezidenti Kənan Böyüklebeb CNN-ə müsahibəsində bildirib ki, komandanın maraqları çərçivəsində hərəkət edib.

“Bizim çoxlu gəlirlərimiz olacaq. Komandanın maraqları naminə hərəkət etmiş, həmçinin ölkədə istehsala töhfə vermişik”, - deyə o qeyd edib.

Bildirilir ki, 18 futbolçu klubun büdcəsinə 15 min lirə (2.2 min avro) gətirib. “Gülspor” Türkiyədə aşağı divizionlarda iştirak edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *