Marsda göl tapıldı – VİDEO
Alimlər bildiriblər ki, Marsda maye halda suyun varlığının sübutu aşkarlanıb.
BBC telekanalı xəbər verir ki, 20 kilometr ölçüdə olan göl planetin cənub yarımkürəsində yerləşir və üstü qalın buz qatı ilə örtülüdür.
Tapıntı “Mars-ekspress” beynəlxalq stansiyası tərəfindən quraşdırılmış “Marsis” radarının köməyi ilə aşkarlanıb.
Bundan əvvəl, araşdırmaçılar ehtimal edirdilər ki, Marsın səthində bəzən ərimiş buzlaqların suları qısa müddətə tökülə bilər.
Radar su qatının qalınlığını ölçə bilməyib, ancaq alimlər hesab edir ki, onun qalınlığı 1 metrdən çox deyil.
Bu, Marsda yaşamağın mümkünlüyü deməkdir?
Bu suala cavab tapmaq hələlik mümkün olmayıb.
“Biz çoxdan bilirik ki, Marsın səthi yaşamaq üçün əlverişsizdir”, - professor Maniş Patel deyib.
Mənbə:> Virtualaz.org