Ördəyin insana hücumu videosu qadağan edildi
Sosial şəbəkələrin rəhbərlikləri bəzən qəribə qərarlar qəbul edirlər və bunları anlamaq heç də asan olmur.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, “İnstagram” sosial şəbəkəsi aşağıda yerləşdirilmiş bu videonun nümayişini qadağan edib.
Həmin video Moskvada çəkilib və küçədə ördəyin qəfildən insana hücum etməsini nümayiş etdirir.
Virtualaz.org oxucularına xəbərdarlıq edir ki, “YouTube” videohostinqi də videonu qadağan edərsə, onu görmək imkanınızın olmaması redaksiyamız tərəfindən qaynaqlanmır.
Mənbə:> Virtualaz.org