İran da “Telegram”ı bağladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İran da “Telegram”ı bağladı

İran da “Telegram”ı bağladı

İranda məhkəmə milli təhlükəsizliyin qorunması məqsədi ilə “Telegram” messencerindən istifadəni qadağan edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə “Reuters” İranın dövlət telekanalına istinadən məlumat yayıb.

“Məhkəmə orqanı “Telegram” şəbəkəsində ünsiyyət üçün bu tətbiqdən istifadə ilə bağlı İran vətəndaşlarından daxil olan müxtəlif şikayətləri nəzərə alaraq və “Telegram”ın qanunsuz fəaliyyətinə qarşı yönəlmiş təhlükəsizlik orqanlarının tələblərini rəhbər tutaraq, onun İranda istifadəsini qadağan edib”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl adı çəkilən proqramın hakimiyyət orqanları və dövlət məmurları tərəfindən istifadəsi qadağan edilmişdi.

Xatırladaq ki, “Telegram” messenceri Rusiyada da bloklanıb. Moskvada Saxarov meydanında buna etiraz olaraq mitinq keçirilir. Son məlumatlara görə, mitinqdə 12 minə yaxın insan iştirak edir.

Aksiya iştirakçılarının arasında müxalifətçi Aleksey Navalnı, “Telegram”ın qurucusu Pavel Durov və başqa məşhur şəxslər də var.

Mitinqi təşkil edən Libertarian partiyasının təmsilçiləri bildiriblər ki, “Telegram”ın bağlanması milli biabırçılıqdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *