Rusiyada “Telegram” messencerinin fəaliyyəti qadağan olundu
Moskvanın Taqansk məhkəməsi “Telegram” messencer xidmətinin bağlanması barədə Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya üzrə Rusiya Federal Nəzarət Xidmətinin tələbi üzrə qərar çıxarıb. Bu barədə TASS məhkəmə zalından məlumat yayıb.
Bildirilib ki, “Telegram”ın istifadəçilərin kodlarının açarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim etməməsi də bağlanması səbəblərindəndir.
Məhkəmə bu iddiaya 20 dəqiqəyə baxıb, 40 dəqiqədən sonra qərar çıxarıb.
Mənbə:> Virtualaz.org