Azərbaycan ksenotransplantasiyanı qadağan edir
Azərbaycanda ksenotransplantasiya qadağan edilir.
“Report”un xəbərinə görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna yeni maddə əlavə olunacaq.
Əlavə edilən 4-1 maddədə (Ksenotransplantasiyanın qadağan olunması) ksenotransplantasiyanın qadağan olunduğu əks olunub.
Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.
Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.
Mənbə:> Report