“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir


Milli Məclisin İnsan haqları komitəsinin iclasında “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Aznews.info APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 9.1-ci maddədə informasiya sahibləri sırasına publik hüquqi şəxsləri də əlavə edilir. Bununla da həm hüquqi, həm fiziki, həm də publik hüquqi şəxslər olur. 29-cu və 37-ci maddədə “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər” sözünə “ictimai funksiyaları yerinə yetirən publik hüquqi şəxslər” sözü əlavə edilir. Keçid müddəalarına da hüquqi şəxslərlə yanaşı, publik hüquqi şəxslər sözü əlavə olunur. Bu keçid müddəaları internet informasiya ehtiyatlarının yaradılması müddəti ilə bağlıdır.

Bildirilib ki, dəyişikliklərin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir.

Layihə plenar iclasa tövsiyə olunub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *