"Real"ın 75 milyonluq ulduzunu yandıran rus gözəl – FOTO
"Real"ın "Bavariya"ya icarəyə verdiyi Xames Rodrigesin Daniela Ospinadan boşanmasının səbəbi müəyyənləşib. Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduz həyat yoldaşına rus model Helqa Lovetati ilə xəyanət edib.
Gözəlliyi və açıq-saçıq fotoları ilə qısa zamanda məşhurlaşan 1992-ci il təvəllüdlü modellə Rodriges bir tədbirdə tanış olub. Onlar qısa müddət görüşüblər. Bundan xəbər tutan futbolunun xanımı ondan boşanmaq qərarına gəlib.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. 26 yaşlı yarımmüdafiəçi ötən yay 13 milyon avroya iki illik "Bavariya"ya icarəyə verilib.
Mənbə:> Fanat.Az