İki "mavi" milyonçu atanın övladları: ad günündə Range Rover aldılar – FOTO
Saffron Dryuitt-Barlou və onun əkiz qardaşları rəsmi olaraq iki atası olan övladlar kimi qeydiyyata alınmış ilk uşaqlardır.
Saffronun ataları - Barri və Toni Dryuitt-Barloular Britaniyada surroqat analar vasitəsilə ata olan və bu qismdə rəsmi qeydiyyata alınan ilk homoseksuallardır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ailədə Saffron və onun əkiz qardaşı Aspenlə bahəm, 13 yaşlı Orlando ilə 6 yaşlı əkiz qardaşlar Casper və Dallas böyüyürlər.
Ötən ay 18 yaşı tamam olmuş Saffron həddən ziyadə dəbdəbəli həyat yaşayır.
Qızın dediyinə görə, milyonçu ataları ondan heç nə əsirgəmirlər.
Saffronun qarderobunda Prada, Burberry, Gucci, Hermes və Louis Vuitton kimi məşhur brendlərin istehsalı olan geyimlər, ayaqqabılar, çantalar, aksessuarlar var.
Qızın zinət əşyaları da az deyil və onların arasında 650 min dollarlıq Faberge üzüyü xüsusi yer tutur.
Saffronun yaşıdları New Look, Primark və H & M-də alış-veriş etsələr də, 18 yaşlı qızın tam fərqli yaşamı var.
O, iki milyonçu atası olan qız təki yaşayır.
Saffronla Aspen ilk əvvəl Treysi Makkuin adlı qadının bətində olsalar da, sonradan Rozalinda Bellani adlı qadının bətninə köçürülüblər.
Barri əkiz bacı-qardaşdan birinin, Toni isə digərinin bioloji atasıdır. Onlar heç zaman Saffron və ya Toninin atasının kim olduğunu deməyiblər, çünki hər ikisi özlərini tamhüquqlu valideynlər sayırlar.
Barri və Toninin dediklərinə görə, yeni övlad istəyirlər: "Ailəmizdə kişi çoxdur, testosteronun miqdarı artıqdır. Bu səbəbdən də Saffrona bacı arzulayırıq".
Ataları 18 yaşları tamam olanda Saffrona ağ, əkiz qardaşı Aspenə isə qara rəngli Range Rover hədiyyə ediblər.
İngiltərənin Mançester şəhərində yaşayan atalar Saffronla Aspenin hər birinə cibxərcliyi qismində 8 min dollar verirlər.
Fəqət, yaxın zamanlarda situasiya dəyişəcək.
"Atalarım hər ay mənə 8 min dollar xərclik verir. Lakin dünən məni otaqlarına çağırdılar. Dedilər ki, artıq yetkinlik yaşına çatmışam, böyümüşəm və yaşamamı özüm təmin etməliyəm, işləməliyəm, çalışmalıyam. İş tapmalarımı həyatımı özümün maliyyələşdirməyimi istədilər", - Saffron deyib.
Toni və Barri də bunu təsdiqləyiblər.
"Bəli, ikimiz də milyonçuyuq. Lakin bu, övladlarımıza həmişə pul verəcəyimiz anlamına gəlmir. Saffronla Aspen artıq yetkinlik yaşına çatıblar və yaşamlarını özləri təmin etməlidirlər. Bizim milyonlarımıza göz dikməsinlər. Çünki pullarımızı xeyriyyə fondlarına vermək niyyətimiz var. Övladlarımızla fəxr edirik və istəyirik ki, onlar da həyatlarını bizim kimi özləri qursunlar", - Toni söyləyib.
Saffron artıq biznes qurub. O, "Barking Mad Cosmetics" adlı kosmetika şirkəti yaradıb və 25 funt-sterlinq dəyərində üz nəmləndirici kremi satmağa başlayıb.
Bununla yanaşı, Saffron "Ideal World" telekanalı ilə müqavilə də bağlayıb.
Mənbə:> Milli.Az