Ailə faciəsi: » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ailə faciəsi: - "atanın dediyi"nə qarşı çıxdı, ərə getmək istəmədi

Ailə faciəsi:

Polisdən verilən məlumat çox qısa, lakonikdir.

İngiltərənin Mançester şəhərinin həndəvərindəki Oldhem şəhərciyində yaşayan Nadi Menaz özünü asıb.

O, atasının dediyinə qarşı çıxmış, ərə getmək istəməmişdi. Daha doğrusu, 24 yaşlı Menaz istəmədiyi, yaxşı tanımadığını insana zorla ərə verilməsinə üsyan edib.

Model olan Nadinin ilk nikahı uğursuz olmuşdu və o, boşanmış, bir övladı ilə ata evinə qayıtmışdı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 16 yaşında model karyerasına başlamış Nadi 2010-cu ildə Ömər Rəsul adlı şəxslə tanış olmuşdu.

Onlar 2011-ci ildə Şəriət nikahı ilə evlənmişdilər və 2012-ci ildə də Nadinin qızı dünyaya gəlmişdi.
Amma nikah boşanma ilə başa çatdı.
Nadinin atası, 60 yaşlı Sabir Hüseyn və 55 yaşlı anası Ruhsanə Kövsər, habelə 8 bacı-qardaşı onun yenidən ərə getməsini tələb edirdilər.
Bununla razılaşmayan Nadi ailəsini məhkəməyə vermiş, onu istəyinə rəğmən ərə vermək istədiklərini demişdi.
Məhkəmə ailəyə xəbərdarlıq etmişdi.
Amma Nadinin valideynləri israrlarından əl çəkmədilər və bir övlad anası da çıxış yolunu intiharda gördü.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *