Ağ Evdəkilərin maaşları açıqlandı
Ağ Evdə Donald Trampın rəhbərliyi altında işləyən bütün personalın illik maaşları açıqlanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ qanunlarına görə məmurlar gəlirləri ilə bağlı ildə bir dəfə hesabat verirlər. Bu dəfəki siyahı 377 nəfəri əhatə edib.
Hesabata əsasən, prezident Donald Tramp illik 400 min dollar maaş alıb. Maaşının ilk 3 aylıq hissəsini Milli Park Xidmətinə bağışlayıb.
Siyahıda 21 nəfər yüksək maaşları ilə diqqət çəkiblər. Məsələn, Ağ Evin Xüsusi Qələm Müdiri Reince Priebus, baş strateq Steve Bannon və mətbuat sözçüsü Sean Spicer, eləcə də, məsləhətçisi Kellyanne Convay 179 min dollar maaş alırlar.
Maraqlıdır ki, Trampın komandasında olan məşhur varlı iş adamlarının bəziləri aşağı məvaciblə işləyirlər.
Belə ki, investor Jared Kuşner, eləcə də, prezidentin qızı İvanka Tramp maaş almırlar.
Milli İqtisadiyyat Şurasının direktoru Gary Cohn isə ildə 30 min dollar qazanır.
ABŞ Konqresinə təqdim edilən 377 nəfərlik siyahıda bəzilərinin illik maaşları isə belədir:
Mark S. House - aparıcı məsləhətçi - 187 min 100 dollar
Everett Eissenstat - sədr müavini və Beynəlxalq İqtisadi Əlaqələr vəkili - 165 min dollar
Sandra Mabry - əxlaq müşaviri - 161 min 900 dollar
Mişel Harkins - aparıcı siyasi analitiki - 158 min 123 dollar
Andryu Veprek – müşavir - 127 min 489 dollar
Helen Ferre - media işləri direktoru - 115 min dollar
Patricia Blair -102 min 212 dollar
Mənbə:> Oxu.Az