Donald Tramp ötən il üzrə gəlirlərini açıqladı » AzNews.info -Xəbər portalı

Donald Tramp ötən il üzrə gəlirlərini açıqladı

Donald Tramp ötən il üzrə gəlirlərini açıqladı


ABŞ prezidenti Donald Tramp 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, 98 səhifədən ibarət olan sənəddə prezident ötən il üzrə gəlirlərini göstərib. Məlum olur ki, ABŞ prezidenti qolf klublarının idarəçiliyindən 298 milyon dollar qazanc əldə edib.

Sənəddə eyni zamanda “Mar-a-Laqo” istirahət mərkəzindən əldə edilən gəlirin həcmi də göstərilib. Ötən il istirahət mərkəzi 37,2 milyon dollar gəlir gətirib.

“Trump Hotel” isə prezidentə 19,7 milyon dollar vəsait qazandırıb.

Sənəddə Trampın prezident seçildikdən sonra rəhbərliyindən istefa verdiyi 565 şirkətin siyahısı da yer alıb.

Trampın vergi öhdəliyinə gəlincə, bu məbləğ 315 milyon dollar təşkil edib.

Ağ Evdən verilən açıqlamaya görə, prezident hesabatı könüllü şəkildə verib. Dövlət başçısı 2018-ci ilin mayına qədər gəlirləri ilə bağlı hesabat verməmək haqqına sahibdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *