“Microsoft”un gəlirləri kəskin azaldı
“Microsoft”un məlumatına görə, ötən ilin 4-cü rübü və ümumilikdə 2016-cı maliyyə ili ərzində şirkətin oyun bölməsinin işləri ürəkaçan deyil.
Oxu.Az “Shazoo”ya istinadən xəbər verir ki, “Xbox Live”ın abunəçilərinin çox olmasına baxmyaraq, “Microsoft”un “Xbox One” satışından əldə etdiyi gəlirlərinin azalması fonunda oyunlardan olan gəlirləri 152 milyon və ya 9% azalıb.
Şirkətin məlumatına görə, “Xbox One” qiyməti endiyi üçün satışlardan əldə edilən gəlir 33% azalıb. Bununla yanaşı, “Xbox Live”ın gəliri 4% artıb.
“Xbox Live”ın fəal istifadəçilərinin sayı 49 milyona qədər artıb, bu, 2015-cı ilin 3-cü rübünün nəticələri ilə müqayisədə 3 milyon çoxdur.
“Microsoft”un personal kompüterləri sektorunun ümumi dəyərləri 4% və ya 8,9 milyard dollar azalıb.
Gəlirlərin azalması il ərzində devays və geyminqlərin gəlirlərini azalması səbəbi ilə 4% və ya 346 milyon dollardan ibarət olub.
Bununla yanaşı, “Microsoft”un ümumi gəlirləri dördüncü rüb ərzində 3,1 milyard dollar təmiz gəlirlə 7%, 20,6 milyard dollar enib.
Şirkətin il ərzində gəliri 85,3 milyard dollar və 16,8 milyard dollardan ibarət olub.
Mənbə:> Oxu.az