Geoloqlar yeni qitə kəşf ediblər » AzNews.info -Xəbər portalı

Geoloqlar yeni qitə kəşf ediblər – FOTO

Geoloqlar yeni qitə kəşf ediblər

Geoloqlar Yeni Zelandiyanın altında böyük qitənin izlərini tapıblar.

AzNews.info Report-a istinadla xəbər verir ki, bu barədə Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniyadan olan geoloqların “GSA” jurnalında nəşr edilən məqaləsində deyilir.

Alimlərin sözlərinə görə, Zelandiya təqribən 100 milyon əvvəl qədim Hondvana superqitəsindən qopub aralanmağa başlayıb. Bu, Yer qabığının deformasiyaya uğramasına və nəticədə qitənin böyük hissəsinin su altında qalmasına gətirib çıxarıb. Geoloqlar iddialarını peyk müşahidələri ilə təsdiq edirlər.

Yeni qitənin sahəsi təxminən beş milyon kvadratkilometr təşkil edir. Onun böyük hissəsi, təqribən 94%-i su altındadır. Suüstü elementlərdən Yeni Kaledoniya adasını və Yeni Zelandiyanın Şimal və Cənub adalarını göstərmək olar.

Məqalənin müəllifləri coğrafi qitələrin (ingilisdilli ölkələrdə qəbul edilmiş terminologiyaya görə) sayını 7-dən (Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali Amerika və Cənubi Amerika) 8-ə artırmağı təklif edib.

Geoloqlar yeni qitə kəşf ediblər

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *