Yoxa çıxmış qitə tapıldı – FOTO
Elm adamları Şərqi Afrikadakı ada ölkəsi Mauritiusun yerləşdiyi ərazidə üç milyard il əvvəl bir qitənin olduğunu müəyyən ediblər.
AzNews.info milli.az saytına istinadən xəbər verir ki, əvvəllər Hind okeanının dibində kəşf edilən quru kütlənin “itkin qitə” “Mauritia”ya aid olduğunu iddia edən alimlər bu iddialarını təsdiqləyiblər.
Professor Levis Aşval komandası ilə təxminən 2.5 - 3 milyard il əvvələ aid olan qitənin kristal hissələrini okean dibində aşkar edib.
Mənbə:> Milli.az