Yəhudilərin vətəni Türkiyə olub? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Tarix, Dünya

Yəhudilərin vətəni Türkiyə olub? – ŞOK İDDİA

Yəhudilərin vətəni Türkiyə olub?


Alimlərin uzun sürən tədqiqatlarından sonra aşkenazi yəhudilərinin (Mərkəzi Avropa yəhudiləri) tarixi vətəninin müasir Türkiyə ərazisi olduğunu müəyyənləşdirib.

Modern.az Britaniyanın "İndependent” qəzetinə istinadən xəbər verir ki, 2 min il əvvəl aşkenazilər Türkiyənin şimalında yaşayıblar və eramızın I əsrində İran yəhudilərinin təsiri ilə İudaizmi qəbul ediblər. Britaniyanın Şeffild Universitetinin genetiki Eran Elxaik Şimali və Şərqi Avropada yaşayan 367 yəhudinin DNT-sini analiz edərək onların əcdadlarının 90%-nin müasir Türkiyənin şimal-qərbindəki ərazidə yaşadıqlarını müəyyən edib.

Alimin fikrincə, "aşkenazi” sözü mənşə etibarilə babillilərin skif tayfalarına verdiyi "aşquz” adından yaranıb. Bundan başqa, araşdırmalarda Mərkəzi və Şərqi Avropa yəhudilərinin əksəriyyətinin IX-X əsrlərdə Xəzər Xaqanlığından "qoca qitə”yə köç etdiyi göstərilib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *