ABŞ ən müasir qırıcılarını Avropada yerləşdirir

ABŞ Avropada beşinci nəsil F-22 Raptor qırıcılarını yerləşdirəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Avropadakı qoşunlarının komandanlığı yayıb. Qırıcılar Böyük Britaniyanın Leykenxese şəhərində yerləşdiriləcək.
Təyyarələr Britaniyaya Floridadan gətiriləcək. Onlar may ayına qədər Avropada qalıb, NATO-nun təlimlərində iştirak edəcəklər.
Mənbə: Axar.az