“Reptorlar” Avropada – VİDEO+FOTO
2015-ci ilin avqust ayının 28-dən Almaniyada yerləşən Şpanqdal hərbi-hava bazasına ilk dəfə dörd ədəd beşinci nəsil Lockheed Martin F-22A Reptor Amerika taktiki qırıcısı gəlib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ HHQ (Hərbi hava qüvvələri) 325-ci qırıcı qolunun 95-ci qırıcı eskadrilyasının təyyarələri Tindall (Florida) aviabazasından gəlib.
Eyni zamanda, 60-cı hərbi-nəqliyyat qolunun hərbi-nəqliyyat təyyarəsi Boeing C-17A Şpanqdala 95-ci qırıcı eskadrilyanın 60 nəfər heyət üzvünü gətirir.
Bu, F-22A-nın Avropaya ilk yerləşməsidir. Onların Avropada sentyabrın ortasına qədər qalacağı gözlənilir.
Qırıcılar ABŞ Müdafiə Nazirliyinin “European Reassurance Initiative” təşəbbüsü çərçivəsində “Rusiya işğalına qarşı ABŞ müttəfiqlərinin əminliyini möhkəmləndirmək” məqsədi ilə yerləşdiriliblər.
ABŞ HHQ-nın naziri Debora Li Ceyms 2015-ci ilin avqust ayının 25-də Pentaqonda konfrans zamanı birbaşa olaraq bəyan edib ki, F-22A Avropada Rusiyaya siqnal vermək üçün yerləşdirilib.
Mənbə:> Oxu.Az