Qətərdə təcavüzə məruz qalan hollandiyalı qadın həbs edildi » AzNews.info -Xəbər portalı

Qətərdə təcavüzə məruz qalan hollandiyalı qadın həbs edildi

Qətərdə təcavüzə məruz qalan hollandiyalı qadın həbs edildi


Qətər məhkəməsi bu ölkədə zorlandığını iddia edən Niderland vətəndaşını nikahdankənar intim əlaqəyə girdiyi üçün təqsirkar bilərək şərti cəza kəsib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, məhkəmə Laura adlı qadına (soyadı göstərilmir) bir il müddətinə şərti cəza verib və 800 dollar cərimə edib. Onu məhkəmə zalından azad ediblər.

Laura mart ayından göz altındadır. Həbs edilməsinə səbəb isə onun yerli polisə zorlanmasına dair ərizə verməsidir. Qadının sözlərinə görə, turistlərə spirtli içkilərin içilməsinə icazə verilən hoteldə rəqs etməyə qalxarkən onun içkisinə nə isə qatılıb.

Lauranın iddiasına görə, tanımadığı nömrədə oyanıb və zorlandığını anlayıb. Amma polisə müraciət etdikdən sonra Lauranı zorladığı ehtimal edilən şəxslə yanaşı, qadının özünü də həbs ediblər.

Qadının saxlanılmasına yerli qanunvericilik səbəb olub. Belə ki, həmin qanunvericiliyə görə, nikahdankənar intim əlaqələrə girmək qadağandır. Təcavüzdə ittiham edilən şəxsin qohumları onlara cəzadan qurtulmaq üçün evlənməyi təklif ediblər.

Amma Laura vəkilin məsləhəti ilə bu addımdan imtina edib.

France-Press agentliyinin məlumatına əsasən, təcavüzdə ittiham edilən kişi də mühakimə edilib. Təqsirkar bilinib və nikahdankənar cinsi əlaqəyə görə 100 və spirtli içki içdiyinə görə isə 40 şallaq cəza alıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *