Tarixin ən dəhşətli işkəncə alətləri – FOTO
Baş əzici
Bu alətə yerləşdirilən başın üst hissəsində yumuru dəmir, alt çənə hissəsində isə dəmir parça olur. “Prosesin” başlanğıcında baş üst hissədən sıxılmağa başlayır. İlk olaraq dişlər və çənə parçalanır. Daha sonra gözlər kənara çıxır. Son olaraq isə kəllə sümüyü çatlamağa başlayar və içərisində olanlar qırıqlardan kənara çıxar.
Pişik pəncəsi
Əsasən işkəncə verən şəxsin əlində olan bu pəncə “qurbanın” vücudunda olan hər hansı bir yerindəki ətini sümükdən ayırmaq üçün istifadə olunub.
Diz bölən
İnkivizasiya dövründə məşhur olan bu işkəncə alətinin adı və görünüşü artıq hər şeyi söyləyir. Bununla insanın dizləri parçalanır və müalicəsi mümükünsüz olur. Tikanlı iki odun parçasından ibarət olan alət dizin ön və arxa hissəsinə yerləşdirilərək istifadə olunurdu. Bir-birinə birləşə bilən bu hissələr dizi iki hissəyə bölür. Bu alət işkəncə səbəbilə bədənin digər hissələrində də tətbiq olunurdu.
Zibilyığanın qızı (Scavenger's daughter)
“Zibilyığanın qızı” aləti Londonda William Skevington tərəfindən icad edilib. Metal bir çərçivədən ibarət olan alətin ortasına şəkildə göstərilən formada oturulduqdan sonra çərçivə "qurbanın" ağzından və burnundan qan gələnə qədər sıxılmağa başlanılır.
İspaniya ulağı
Bu alət sivri formada düzəldilmiş taxtadan hazırlanıb. İşkəncə ediləcək şəxs bu “ulağa” minər və ayaqlarına ağır daşlar bağlanarmış. Bu ağırlıq “qurbana” tətbiq olunan cəzaya görə artırılıb, azaldılarmış.
Armud tıxama (choke pear)
Ağıza yerləşdirilən bu alətin kənarları (qanadları) maksumum açılırdı. Tətbiq olunduğu nahiyə müalicə oluna bilməyəcək qədər zədələnər və əksəriyyəti ölümlə nəticələnərdi. Şikəst olma ehtimalı isə 100 % idi.
Güllə süzgəci
Güllə süzgəci sapın ucuna taxılmış süzgəcdən ibarətdir. İki hissəyə ayrıla bilən bu alətin alt hissəsinə ərimiş metal, qaynar yağ və ya su doldurulurdu. Bundan sonra alətə dəlikli hissə taxılır. İşkəncə tətbiq edilən insana tərəf sallandıqdan sonra kiçik titrəyiş süzgəcin içində olan qaynar metalın və ya yağın "qurbanın" üzərinə töküləməsinə səbəb olurdu.
Sinə qoparan
Bu alət həm cəza, həm də sorğu-sual üçün istifadə olunurdu. Adətən alovda qaynar edilən bu alətin qısqacları məhkumun sinəsinə vurulur və sinəni qanlı ət parçasına çevirirdi.
Mənbə:> Interaz