Ebolaya yoluxan ingilis sağaldı
Ölümcül virusa yoluxanlardan daha birinin müalicəsi müsbət nəticə verib.
ANS PRESS-in məlumatına görə, Qərbi Afrikada başlamış Ebola epidemiyasının qurbanlarından olan ingilis vətəndaşın İngiltərədə müalicə aldığı klinikadan tezliklə evə buraxılacağı bildirilib.
Ebola diaqnozu ilə Londona göndərilən 29 yaşlı Uilyam Puli paytaxtın “Royal Free” xəstəxanasında xüsusi bölmədə müalicə olunurdu. Həkimlər onun müalicəsində sınaqdan keçirilməkdə olan “ZMapp” dərmanından istifadə ediblər.
Bundan iki həftə əvvəl isə ABŞ virusa yoluxmuş iki tibb bacısını müalicə edərək sağalda bilmişdi. Onların da müalicəsində eyni dərmandan tətbiq edilib. Bu dərman Kaliforniya ştatının dərman peraparatları hazırlayan şirkətlərindən biri tərəfindən istehsal olunub.
Qeyd edək ki, virusun ən çox yayıldığı yerlər Sierra Lione, Qvineya və Liberiyadır.
Mənbə:> ANSPRESS