MTRŞ efirlərin qüsurlu aparıcılarına hansı cəzaları verəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

MTRŞ efirlərin qüsurlu aparıcılarına hansı cəzaları verəcək?

MTRŞ efirlərin qüsurlu aparıcılarına hansı cəzaları verəcək?

Bu və digər məqamlara aydınlıq gətirmək üçün Milli Teleradio Şurasının yetkilisi ilə danışdıq. AZXEBER.COM-un suallarını qurumun Monitorinq Şöbəsinin rəhbəri Təvəkkül Dadaşov cavablandırdı.

-İlk olaraq sualımıza məsul olduğunuz Şuranın monitorinq fəaliyyəti ilə bağlı başlamaq istəyirik. Azərbaycanın efir məkanının monitorinqi ilə bağlı son nəticələr, hesabatlar haqqında danışmağınızı istərdik.

Biz ölkədə yayım tezliyində olan bütün televiziyaların monitorinqini aparırıq. Bu iş daim mütəmadi olaraq həyata keçirilir. Şuranın arxivində bütün efirlərin yazıya köçürülmüş arxivi var. Ehtiyac yarandıqda, zərurət olduqda monitorinq şöbəsinin əməkdaşları bir çox verilişləri təkrar-təkrar izləyib araşdırmalar aparırlar. O ki qaldı hesabatlara, nəticələrə, bu barədə Şuranın digər qurumları məşğul olur. Biz bütün məlumat toplusunu Şuranın rəhbərliyinə vtəqdim edirik. Azərbaycanın efir məkanında 10 ümumrespublika, 14 regional regional yaymçı fəaliyyət göstərir.

-Bu qaydada monitorinq aparmağa qurumun kadr potensialı imkan verirmi?

Bəli. Bu sarıdan korluq çəkmirik. Monitorinq şöbəsinin 10 əməkdaşı var.

-Qeyd etdiniz ki, ehtiyac yarandıqda monitorinq şöbəsi təkrar araşdırma aparmaq üçün efirdə yayımlanan görüntüləri arxivin imkanlarından yararlanaraq təkrar izləyir. Belə zərurət halları nə zaman yaranır?

Şuranın qaynar xətti fəaliyyət göstərir. Bura həm tamaşaçılardan, həm mətbuatdan, həm də ictimaiyyətdən müxtəlif mahiyyətli şikayətlər daxil olur. Şikayətlərin mahiyyətini araşdırırıq. Əgər televiziyaların efirində hər hansı qanun pozuntusu aşkarlanarsa, o zaman cəza mexanizmi gündəmə gəlir.

-Daha çox tətbiq edilən və qanunda qüvvədə olan cəza mexanizməri hansılardır?

Minimum cəza şifahi xəbərdarlıq, maksimum cəza cərimə tətbiq edilməsi – 1500-2000 AZN məbləğində - və sonuncu məhkəməyə müraciət etməklə yayımçının tezliyinin dayandırılması.

-Sonuncu cəza mexanizmi hansı televiziyaya qarşı tətbiq edilib?

Space TV-yə şifahi xəbərdarlıq edilmişdi. Efirdə şiddət səhnələrinin nümayişinə görə.

Azərbaycanın efir məkanında olan problemlərdən biri də televiziyalarda nitqində müəyyən qüsur olan şəxslərin bəzi verilişlərdə aparıcılıq etməsidir. Bu məsələdə Şuranın qəti mövqeyi müşahidə olunmur. Baxmayaraq ki, Şura efirlərdə dövlət dilinin səlist şəkildə diksiya edilməsinə nəzarət cavabdehliyi daşıyır.

MTRŞ tərəfindən 2003-cü ildə Azərbaycan Respublikası ərazisində teleradio məkanında dövlət dilinin istifadə olunması ilə bağlı qaydalar qəbul olunub. Sizin dediyiniz məsələlər bu qaydalarla tənzimlənir. Bu qaydalara daxil olan 5-ci bənddə qeyd olunur – pəltəklik, l, r, və s. sonor səslərin tələffüzündə təhrif edilməsi halları baş verdikdə qurum tərəfindən müdaxilələr gündəmə gəlir.

-Şura tərəfindən televiziyalara indiyə kimi belə müdaxiləər olubmu?

Olmayıb.

Amma Azərbaycan efirlərində qüsurlu aparıcılara rast gəlirik.

Bu məsələlərə ehtiyac yarandıqda qurum tərəfindən müdaxilələr edilir. İstənilən halda, efirdə baş verən bütün məsələlərə “Teleradio Yayımı Haqqında Qanun”un 26.5-ci maddəsinə görə, proqramın (verilişin) yayımına teleradio yayımının rəhbəri və ya onun təyin etdiyi şəxs icazə verir, həmin şəxs proqramın keyfiyyətinə və məzmununa görə, məsuliyyət daşıyır.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *