Alimlər yadplanetlilərin niyə susduğunu açıqladılar
SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin tədqiqatçısı astrofizik Cill Tarter bəşəriyyətin digər yadplanetli sivilizasiyalar ilə indiyə qədər əlaqəyə girməməsinin iki səbəbini açıqlayıb.
Oxu.Az-ın Lenta-ya istinadən məlumatına görə, ilk səbəb Kainatın böyük ölçülərindədir. Tarterin fikrincə, insanlar hələlik onun yalnız kiçik bir hissəsini tədqiq ediblər. Astrofizik tədqiq edilən sahənin miqyasını Dünya Okeanından götürülən bir şüşə su ilə müqayisə edib.
Alim hesab edir ki, ikinci səbəb XXI əsrdə başlayan texnoloji durğunluqdur. Tarter bildirib ki, bəşəriyyət hələlik yadplanetlilərlə əlaqəyə girmək üçün lazımi ünsiyyət üsulunu icad etməyib.
Astrofizikin fikrincə yadplanetlilər Yerə gəlsələr, onlar burada öz qaydalarını diqtə edəcəklər. Oxşar nəzəriyyə ilə britaniyalı alim Steven Xokinq də çıxış edib. O hesab edir ki, yadplanetlilər planetləri işğal edən müharibə aparan köçərilər ola bilər.
Qeyd edək ki, yadplanetli sivilizasiyaların axtarışı SETI layihəsi çərçivəsində aparılır. Axtarışlar yalnız elektromaqnit diapazonunda həyata keçirilir.
Bəzi ailmlər bu nöqteyi-nəzər ilə razı deyillər. Məsələn, fizik Rocer Penrouz hesab edir ki, qədim sivilizasiyalar yadplanetlilərlə əlaqəyə girmək üçün qara dəliklərin toqquşması zamanı yaranan qravitasiya dalğalarını istifadə edə bilərdilər.
Bundan əlavə ünsiyyət vasitəsi kimi maddə ilə çox zəif qarşılıqlı əlaqəyə girən neytrino da istifadə oluna bilinər.
Lakin hal-hazırda bəşəriyyətin texnoloji inkişafı qravitasiya və neytrinonun istifadəsinə imkan vermir.
Mənbə:> Oxu.Az