2029-cu il dünyanın sonu ola bilər
Baldonda rəsədxananın rəhbəri olan latviyalı astrofizik İlqmar Eqlitis Ves.lv portalına bildirib ki, 2029-cu ildə bizim planetdə bütün canlı aləmi məhv edə biləcək Apofis asteroidini diqqətlə izləyir.
Oxu.Az xəbər verir ki, Eqlitisin fikrincə, 2029-cu il sivilizasiyamızın son günü ola bilər.
““Ulduz qapıları“ filminə baxmısınız? Orada Yerə hədə-qorxu gələn qəddar Apofis yadınızdadır? Ola bilər ki, onu asteroidin adının şərəfinə adlandırıblar. Həmin asteroid 2029-cu ildə Yer kürəsindən 30 min kilometr aralıqdan keçəcək. Yer kürəsi və Ay arasından 400 min kilometr aralıqdan keçən asteroidlər təhlükəli hesab olunur! Əgər belə asteroid Yerə düşsə, o zaman bizim sivilizasiyanın sonu olacaq,” – alim deyib.
Mənbə:> Oxu.Az