Məşhur alimdən qorxulu xəbərdarlıq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Məşhur alimdən qorxulu xəbərdarlıq

Məşhur alimdən qorxulu xəbərdarlıq


Bəşəriyyət kosmosu mənimsəməli və son nəticədə Yerdən kənarda məskunlaşmalıdır, əks halda məhvə məhkumdur. ANS PRESS-in məlumatına görə, bu fikri dünya şöhrətli Britaniya nəzəriyyəçi-fiziki Stiv Hokinq Sidney Opera Teatrında translyasiya olunan mühazirə zamanı deyib. Bu barədə ICTnews elektron xəbər xidməti yazır.

"Biz bəşəriyyətin gələcəyi naminə kosmosun tədqiqini davam etdirməliyik. Mən güman etmirəm ki, biz azömürlü planetimizdən yox olmayıb növbəti min ili yaşaya biləcəyik", - o bildirib.

Məşhur alim Sidney Operasında auditoriya ilə Kembric Universitetindəki ofisindən holoqrafik texnologiyanın köməyi ilə ünsiyyət qurub. Mühazirənin sonunda alim auditoriyanı daha çox ayaq altına deyil, ulduzlara baxmağa çağırıb.

"Çalışın nə gördüyünüzü başa düşəsiniz və siz Yer kürəsinin mövcudluğuna təəccüblənəcəksiniz. Hər şeylə maraqlanın və həyat nə qədər çətin görünsə də, həmişə nədəsə müvəffəqiyyət qazanmaq olar. Əsas odur ki, ruhdan düşməyəsiniz", - alim auditoriyaya xitabən qeyd edib.

Britaniya fiziki dəfələrlə elmi ictimaiyyəti süni intellektin dünya üçün törətdiyi təhlükə barədə xəbərdar edib. Cari ilin fevralında S.Hokinq həmçinin insanların öz həyatlarını sığortalaması üçün digər planetləri müstəmləkə altına alması ilə bağlı fikir söyləyib. Alimin fikrincə, bəşəriyyətin saxlanılması üçün başqa yol tapmaq sadəcə mümkün olmayacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *