Bu da yaşlı insanlar üçün telefon – VİDEO
“Philips” şirkətinin yeni “Xenum E311” telefonu bu işdə onlara kömək olacaq.
ANS PRESS-in məlumatına görə, yeni qurğu "yaşlılar üçün telefon"a xas bütün xüsusiyyətlərə malikdir. Ən əsası odur ki, telefonun fiziki düymələri böyükdür. Yığılmış rəqəmlərin səsləndirilməsi funksiyası mövcuddur. 320x420 piksel təsvir ölçülü ekranın diaqonalı 2,4 düym təşkil edir və ekran şriftlərinin ölçüsü çox iridir. Bundan başqa, istənilən vaxt ekranda ayrı-ayrı elementləri böyüdən xüsusi lupanı aktivləşdirmək olar. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.
“Philips” şirkətinin nümayəndəsi bildirib ki, telefon gözləmə rejimində avtonom iki ay, danışıq rejimində təxminən bir gün işləyəcək.
Bəzi yaşlı insanlar eşitmə problemlərinə görə, sadəcə, telefonun çağırış siqnalını eşitmirlər. Bunun üçün “E311” telefonuna gursəsli dinamik quraşdırılıb.
Yeni telefon radionu qulaqlıqsız dinləmək üçün daxili antenaya malikdir. Bundan başqa, gur işıqlı fənər də var: o, korpusda ayrıca düymənin köməyi ilə işə salınır. Telefon söndüyü halda belə fənərdən istifadə mümkündür.
Telefonda, həmçinin həyəcan düyməsi var. Fövqəladə hallarda telefonun yaddaşına əlavə edilmiş üç nömrə avtomatik yığılır. Nömrəyə zəng çatmadıqda SMS göndərilir. Telefon eyni anda iki “SİM” kart dəstəkləyir. Cihaz apreldə satışa çıxarılacaq.
Mənbə:> ANSPRESS