Tatlıses gözünü açan kimi telefon istədi
Türkiyənin tanınmış müğənnisi, martın 9-da beyin əməliyyatı keçirən İbrahim Tatlısesdən xəbər var.
ANS PRESS-in məlumatına görə, əməliyyatdan sonra bir müddət komada qalan və mətbuatda da vəziyyətinin ağır olması barədə xəbərlər yayılan müğənni oyanan kimi telefon istəyib.
“İmperator” qrupunun sədru Murad Uyğur müğənninin oyanan kimi anasına zəng vurduğunu və vəziyyətinin yaxşı olduğunu dediyini bildirib.
Bundan sonra ötən gün gündüzs saatlarında Taksim İstiqlal prospektində İbrahim Tatlısesin adına 2 500 ədəd Qurani Kərim paylanılıb.
Bu xəbəri Tatlısesin ən kiçik qardaşı Hüseyn Tatlı da təsdiq edib:
“Anam bir az əvvəl qardaşımla telefonda danışıb. “Ana mən yaxşıyam” – deyib. Anam da çox xöşbəxt oldu biz də. Sevənlərinə də xəbər vermək istədim. Dualarını əskik etməyən bütün sevənlərindən Allah razı olsun”.
Mənbə:> ANSPRESS