İbrahim Tatlısəsin riskli əməliyyatdan sonra – FOTO
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin yenidən əməliyyat olunmasından sonra ilk fotosu yayılıb.
ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəsin 6 günlük koma vəziyyətindən sonra oyandığı bildirilir.
Həyatı təhlükə ilə üz-üzə qalan müğənninin oğlu İdonun “Instagram”dakı fan-səhifəsində sənətçinin oğlu ilə birlikdə baş baqmaqlarını birləşdirərək çəkdirdiyi fotoşəkil paylaşılıb və vəziyyətinin yaxşı olduğu bildirilib.
Səhifənin izləyiciləri və “imperator”un heyranları tezliklə onun üzünü də görməyi arzulayıblar.
Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir.
Mənbə:> ANSPRESS