Şagirdləri ilə cinsi əlaqəyə girən müəllimə
ABŞ-ın Alabama ştatında bir ingilis dili müəlliməsi şagirdləri ilə cinsi əlaqəyə girməkdə günahlandırılır.
ANS PRESS-in məlumatına görə, Opp Liseyində çalışan Aşley Hallın 19 yaşından balaca şagirdləri ilə cinsi əlaqəyə girdiyi iddia edilir.
Alabama ştatında qanunlara görə yetkinlik yaşına çatma 19 yaş sayılır.
Faktla bağlı istintaq başlanılıb. Həbs edilən 33 yaşlı Hall istintaq zamanı girov müqabilində azadlığa çıxıb.
700 min dollar girov müqabilində hələlik azadlıqda olan Hall bu ilin əvvəlindən bu yana Alabamanın Opp diyarında yeniyetmələrlə cinsi əlaqəyə girən beşinci qadındır.
Opp diyarı bu il indiyə qədər Tiffany Ann Blair (35), Kristina L. Burroughs (30), Mandi Brianna Harrison (25) və Chelsea Alexandria Calhoun (20) bənzər ittihamlarla qarşı-qarşıya qalmışdı.
Mənbə:> ANSPRESS