4 il həbs alan Baxışovun “Lotu Quli”nin adamı olduğu üzə çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Kriminal

4 il həbs alan Baxışovun “Lotu Quli”nin adamı olduğu üzə çıxdı

4 il həbs alan Baxışovun “Lotu Quli”nin adamı olduğu üzə çıxdı

İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik və odlu silah gəzdirməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilən criminal avtoritet Ceyhun Baxışovun “Lotu Quli”nin adamı olduğu üzə çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Prestupnaya Rossiya” yazır.

Ceyhun Baxışov “vor zakon” titulunu “Lotu Quli”nin himayəsində olan kriminal avtoritetlərin 2014-cü ilin sentyabr ayında Türkiyədə keçirilən “sxodka”sında alıb.

Lakin onun “qanuni oğru” statusu uzun sürməyib. Belə ki, məşhur kriminal avtoritet, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov İspaniya həbsxanasından buraxılıb Rusiyaya qayıdandan sonra təxminən elə həmin vaxtlarda - 2014-cü ildə titul almış bütün “qanuni oğru”ların statuslarının ləğv olunmasına dair qərar qəbul edib.

4 il həbs alan Baxışovun “Lotu Quli”nin adamı olduğu üzə çıxdı
Ceyhun Baxışov

Xatırladaq ki, Ceyhun Baxışov və onun dəstəsinin üzvləri bu ilin yanvar ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “sxodka” zamanı həbs olunub. Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meylli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar.

Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər.

Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, Ceyhun Baxışovdan “Makarov” tipli tapança, Etibar Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb. C.Baxışov Cinayət Məcəlləsinin 228.1 və 234.4.1-ci maddələri ilə ittiham olunub. Məhkəmə onun barəsində 4 il həbs cəzası çıxarıb. Digər iki şəxsin barəsində istintaq hələ yekunlaşmayıb.

C.Baxışov “Lotu Quli”nin bu il həbsxanaya “ezam edilən” ilk adamı deyil. Bu ilin avqust ayında məşhur kriminal avtoritetin qruplaşmasına daxil olan bir qrup şəxsə 2013-cü ildə Zaqatalada törətdikləri səs-küylü cinayətə görə uzunmüddətli həbs cəzaları verilib.

Həmin vaxt “Lotu Quli”nin qruplaşmasının üzvləri ilə digər məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin adamları arasında baş vermiş atışmada sonuncunun 3 adamı öldürülüb, 1-i yaralanıb. Atışma “Rövşən Lənkəranski”nin adamlarının “Lotu Quli”nin ünvanına təhqiramiz ifadə işlətməsi üstündə baş vermişdi.

Xatırladaq ki, bu iki kriminal avtoritet arasında uzun müddətdir müharibə gedir.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Lotu Quli”nin adamları Samir Osmanov və Vüqar Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay, Pərviz Qarayev 15 il, Röyal Saramanov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *