Ancelina Coli rus çariçası olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Kino, Maqazin

Ancelina Coli rus çariçası olacaq

Ancelina Coli rus çariçası olacaq


Tanınmış Hollivud aktrisası Ancelina Coli rus çariçası İkinci Yekaterina haqqında filmdə çəkiləcək.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, aktrisa britaniyalı tarixçi Saymon Sebaq Montefiorenin bestsellerini ekranlaşdırmağa icazə alıb.

Kitab İkinci Yekatrina ilə Qriqori Potyomkinin sevgisi haqqındadır.

“Mən çox sevinirəm ki, Ancelina məhz mənim əsərimi seçib. Çünki bu, mənim ilk kitabım olub və mən onu çox sevirəm.

Yekaterina - unikal qadın obrazıdır. Mən hiss edirəm ki, bu əsəri etibarlı əllərə təhvil verirəm”, - deyə Sebaq Montefiore bildirib. Ancelina Coli baş rolu oynamaqla yanaşı, filmin rejissoru və prodüsseri də olacaq.

Qeyd edək ki, Saymon Sebaq Montefiorenin əsəri 2000-ci ildə nəşr edilmişdi. Kitabda rus çariçası ilə Potyomkinin bir-birinə yazdığı və daha əvvəl heç vaxt açıqlanmayan 5 min sevgi məktubu nəşr edilmişdi.

İkinci Yekatrina (Böyük Yekatrina) hakimiyyətdə olduğu dövrdə Rusiya sərhədlərini genişləndirsə də, onun adı tək bununla anılmır. Rus çariçası eyni zamanda şəxsi həyatı ilə daim müzakirə mövzusu olub.

Onun Üçüncü Pyotrla nikahı uğursuz olub. Ailəli olduğu vaxtlarda belə onlar başqa insanlarla münasibətlər qurub.

1756-cı ildə Yekatrina ərinin səhhətinin pis olmasından istifadə edərək çevriliş edib və hakimiyyətə gəlib. Rus çariça ömrünün sonunadək - 1796-cı ilədək hakimiyyətdə olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *