Bu gün ANS ÇM və ANS TV-nin bayramıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Media

Bu gün ANS ÇM və ANS TV-nin bayramıdır

Bu gün ANS ÇM və ANS TV-nin bayramıdır


21 il əvvəl mayın 28-də Azərbaycanın media məkanında daha bir kütləvi informasiya vasitəsi doğuldu. Həmin gün Azərbaycanın radio dalğalarında hələ heç kəsin öyrəşmədiyi janrda və intonasiyada səs eşidildi. Ölkə radiolarının o zamankı başdan-ayağa rəsmi efir tonu ilə uzlaşmayan, orta və uzun dalğalarda, daha çox sovet ənənələri əsasında tərtib edilən proqramlardakı səslərdən fərqlənən bu səs Vahid Mustafayevin səsi idi. Azərbaycanda ilk FM radiostansiyası - Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM belə yarandı. Ölkənin efir məkanına ciddi bir islahat modeli kimi daxil olan radiostansiya əvvəlcə cəmi bir nəfərdən ibarət idi. Yaradıcı da, aparıcı da, prodüsser də, növbətçi reportyor da Vahid Mustafayev idi. Ancaq bu gün radiostansiyada onlarla insan çalışır və kollektiv 24 saatlıq fasiləsiz efirdə müxtəlif təbəqələri təmsil edən dinləyicilərinə onlarla veriliş təqdim edir.

Ona qədərki radiolar yalnız özü danışırdısa, ANS ÇM dinləyicini də həmsöhbətə çevirdi. Azərbaycanın problemlərini, vətəndaşların qayğılarını onlarla birlikdə müzakirə etməyə başladı. Yeni nitq xüsusiyyətləri, danışıqda istifadə olunan və ilk baxışda dördüncü sort söz təsiri bağışlayan ifadələr efirə yol tapdıqca ANS ÇM-in dinləyiciləri və bəzi sözbazlar hay-küy qaldırırdı. Efirin həddən artıq yüngülləşdirilməsini az qala faciə kimi qəbul edirdilər. Lakin ölkənin ilk fm stansiyası bu sınaqdan layiqincə çıxdı. Dinləyici anladı ki, onunla danışan insan da onun oxşarıdır, onun da dili elə dinləyicinin dilidir.

Bu gün həm də ANS TV-nin bayramıdır. Məhz mayın 28-ə ANS-in öz müstəqil ötürücüsü və tezliyi oldu!

ANSPress.com portalının əməkdaşları ANS ÇM və ANS TV-dəki həmkarlarını əlamətdar gün münasibəilə təbrik edirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *