İnsan səsi və kriminalistik ekspertiza
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu insan səsi üzrə biometrik identifikasiyanın yeni metodlarını hazırlamağa başlayır.
AzNews.info-nun məlumatına görə, bu barədə Trend-ə İnstitutdan deyiblər.
İnstitut əməkdaşlarının vəzifəsi niqt siqnalının "robust" (səs maneələrinə davamlı) xarakteristikası üzrə identifikasiyanın hazırlanmasıdır.
Xətt və yerişlə yanaşı, səs də insanın "davranış" identifikatoruna aiddir və barmaq izləri və üz cizgiləri kimi, onun ayrılmaz hissəsidir.
Qeyd edək ki, insan səsi üzrə biometrik eyniləşdirmə sisteminin praktiki tətbiqi istiqamətlərindən biri şifahi nitq üzrə kriminalistik ekspertiza sahəsidir.
Mənbə:> Trend