Ankaraya sərt ittiham » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ankaraya sərt ittiham

Ankaraya sərt ittiham


Türkiyənin təhlükəsizliklə bağlı yeni qanunu həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tənqidlərlə qarşılanır. Ölkə parlamentinin müxalifət partiyaları və Avropa İttifaqı Ankaranı bu sərt qanunu yenidən nəzərdən keçirməyə çağırsa da, hökumət keçən ilin oktyabr ayında zorakılıqlarla nəticələnən nümayişlərdən sonra belə qanuna ehtiyac olduğunu söyləyir.

ANS PRESS-in Amerikanın Səsi-nə istinadla verdiyi məlumata görə, bu qanunda mübahisəli məqamlardan biri məhkəmənin qərarı olmadan polisin insanları həbs edə bilməsi və evlərdə yoxlanışlar apara bilməsidir. Qanunda daha bir məqam etirazlara səbəb olub. Bu, nümayişlər zamanı üzlərini tamamilə və ya qismən örtən şəxslərin birbaşa 5 il müddətinə həbs cəzasına məhkum edilməsidir. Bundan əlavə, qanuna əsasən polis məktəblərə, ictimai binalara və idarələrə Molotov kokteyli, partlayıcı qurğu və digər silahlarla hücum edənlərə qarşı silahdan istifadə edə bilər.

Qanunda dəyişikliklər oktyabr ayında ölkə boyu kürdlərin keçirdiyi 50 nəfərin ölümü ilə nəticələnən nümayişlərdən dərhal sonra edilib.

Baş qərargahı Nyu-Yorkda yerləşən Human Rights Watch-un baş təhlilçisi Emma Sinkler Vebin dediyinə görə, qanundakı bu dəyişikliklər hakimiyyətin birbaşa polisə ötürülməsi deməkdir: “Yeni qanun polisin səlahiyyətlərini artırır. Məhkəmənin, hakimlərin qərarı olmadan addımların atılması çoxlarını narahat edir. İnsanların təhlükəsizliyi əlbəttə ki, vacibdir, lakin siz bunu insan haqlarını pozmaqla təmin edə bilməzsiniz.”

Bu həftənin əvvəli Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nil Muyjneks bunun insan hüquqlarına mənfi təsir edəcəyini deyərək, Türkiyə hökumətini yeni qanunu bir daha nəzərdən keçirməyə çağırıb.

Türkiyədəki Milli Hərəkat Partiyasının lideri Dövlət Baxçəli bu qanunun yenidən ölkəni ordunun idarə etdiyi vaxtlara aparacağını deyib.

Kürdləri təmsil edən Demokrat Xalq Partiyasının sədr müavini Figən Yüksəkdaş da öz növbəsində yeni qanunu tənqid edib və Türkiyədə azadlıq və əmin-amanlığın bərqərar olmalı olduğunu söyləyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *