“Tapşırıq verilsəydi ki, bu faciədir, o, efirdə mərsiyə də deyərdi” » AzNews.info -Xəbər portalı

Bölmə: Media

“Tapşırıq verilsəydi ki, bu faciədir, o, efirdə mərsiyə də deyərdi”

“Tapşırıq verilsəydi ki, bu faciədir, o, efirdə mərsiyə də deyərdi”


AzadXeber.az-ın məlumata görə, jurnalist İlhamiyyə Rza ATV-də aparıcının dediklərinə münasibət bildirib. O qeyd edib ki, tanınmaq, populyar olmaq, qayğısız yaşamaq üçün mümkün qədər şəxsiyyətsiz olmalısan: "Bu gün şəxsiyyətlər deyil, zombilər yetişdirilir. Öz fikri, mövqeyi olmayan, deyiləni qeyd şərtsiz yerinə yetirən zombilər. Özü də bu siyasəti daha çox televiziyalar yerinə yetirir. Amma hər şeyin də bir həddi var. Əminəm ki, Mətanətə tapşırıq verilsəydi ki, bu faciədir, o, efirdə mərsiyə də deyərdi.

Faciənin ilk gecəsi, rəfiqəm hadisə yerinə çiçək dəstələri aparmışdı və polislər onunla kobud rəftar edib ordan uzaqlaşdırmışdı. Bir gün sonra isə, eyni məqsədlə gələnlərə imkan yaradıb güllər üçün xüsusi yer də ayırmışdılar. Çünki artıq bununla bağlı göstərişlər almışdılar. Ancaq öz vicdanı, mövqeyi olmayan zombilər belə edər".

İlhamiyyə xanım bildirib ki, Mətanət prezidentin müşavirəsində deyilənləri eşitsəydi, prezidentin də bu hadisəni faciə adlandırmasını görsəydi, əlbəttə ki, belə danışmazdı: "Yaxud, ölkədə matəm elan olunsaydı, başqa cür danışardı. Televiziyaların bizə sırıdıqları "qəhrəmanlara" yox deməyin zamanı gəlib çatıb. Mən Mətanətin dediklərinə haqq qazandıranları, empati qurmağa çağıranları qətiyyən anlamıram. Uzun illər canlı efirdə çalışan bir insan kimi, əmin edirəm ki, heç kimin üstünə tapançanı yönəldib, bunu de, bunu demə kimi bir durum yoxdur".

"Yadımdadır, bir dəfə Britaniya səfiri efirimizdə olanda, 20-ci əsrin əvvəlində Bakıya işğalçı olaraq gəlmiş Denstervil əsgərlərinin abidəsinə həqarət mövzusunu müzakirə edirdik. Efirin bitməsinə 40 dəqiqə qalmış, qulaqcıqla əmr gəldi ki, verilişi təcili olaraq major notlarla bitirim. Mən buna məhəl qoymadan verilişi necə planlaşdırmışdımsa, eləcə də bitirdim. Ertəsi gün isə, maraqlı veriliş üçün təşəkkür də aldım. Özümü örnək gətirmirəm, bu, sadəcə efir təcrübəmdən bir nümunə idi. Canlı efirdə, vətəndaş mövqeyi olan insanlar olmalıdır. Vətəndaş yetişdirmək istəyiriksə, istəmiriksə, Sədərək bazarı üçün alıcı yetişdiririksə, sonu elə belə də olacaq”, - deyə aparıcı vurğulayıb.

Mənbə: AzadXeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *