Canlı efirdə Hasan Şaşın vəziyyəti pisləşdi
Türkiyənin tanınmış futbolçusu, “Qalatasaray”ın keçmiş oyunçularından olan Hasan Şaşın canlı efirdə vəziyyəti qəfildən pisləşib.
ANS PRESS-in məlumatına görə, hadisə “NTV Spor” kanalındakı “90+” proqramında "Beşiktaş" – "Qaziantepspor" qarşılaşması şərh olunarkən baş verib.
Metin Tekin və Nebil Erdemlə birlikdə qarşılaşmanı şərh edərkən Hasan Şaşın səhhətində qəfildən nasazlıq yaranıb.
Bu vaxt telekanal yayımı dayandıraraq reklam fasiləsi elan edib. Vəziyyətinin yaxşı olmadığını deyən Şaş proqrama davam edə bilməyəcəyini deyib.
Hasan Şaş daha sonra studiyadan ayrılaraq Maslakdakı özəl xəstəxanalardan birinə gedib.
Qeyd edək ki, keçmiş futbolçu təzyiq problemi yaşadığını bildirib.
Proqram isə Metin Tekin və Nebil Erdemin təqdimatında davam edib.
Mənbə:> ANSPRESS