Metroda baş verən terror aktından 23 il ötür » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Kriminal

Metroda baş verən terror aktından 23 il ötür

Metroda baş verən terror aktından 23 il ötür


Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib.

1994-cü il mart ayının 19-da saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metro stansiyasının tavanı bəzi hissələrdə çöküb.

Oxu.Az xəbər verir ki, ölkə prezidenti terror aktının araşdırılması üzrə dövlət komissiyasının yaradılması barədə fərman imzalayıb. Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının üzvləri həbs edilib.

İstintaqın nəticələrinə görə terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli idilər və hazırlığı bu ölkədə keçiblər. Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib, onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib.

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 8:30-da metronun “28 May” stansiyasından çıxan, “Gənclik” metrostansiyasının platformasına 500 metr qalmış, elektrik qatarının vaqonunda bomba partladı. Partlayışdan sonra qatarın vaqonları alışdı. Terror aktı nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.

“28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərdilər. 1998-ci ildə Aslanov bu terror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını dedi.

Məhkəmə ona ömürlük həbs cəzası verdi. İstintaq müəyyən etdi ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib, sonra isə Azərbaycan prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verdi.

Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından sildi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *