İraqda terror aktı: 18 nəfər ölüb
İraqın paytaxtı Bağdadın mərkəzi küçələrinin birində minalanmış avtomobil partladılıb, Oxu.Az Associated Press-ə istinadən xəbər verir.
Yerli polisin məlumatına görə, terror aktı zamanı 18 ölüb, 45 nəfər isə yaralanıb.
Partlayış şəhərin Karada rayonunda küçələrdə insanların çox olduğu bir vaxtda törədilib.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Mənbə:> Oxu.Az