İraqda 14 nəfər terror aktının qurbanı oldu
Bağdaddan şərqdə Naxravan rayonunda törədilən terror aktı zamanı ən azı 14 nəfər ölüb, daha 40 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İraqın Alsumaria telekanalı yayıb.
Nəşr qeyd edir ki, partlayış şiə zəvvarlarının imam Musa əl-Kazımın məzarına getdiyi yolda törədilib.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Mənbə:> Oxu.Az