İraqda 35 nəfər terrorun qurbanı oldu
İraqın Babil vilayətində minalanmış avtomobilin partladılması nəticəsində 35 nəfər ölüb, daha 30 nəfər isə xəsarət alıb, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Avtomobil polis postu yaxınlığında partladılıb.
Bundan əlavə Bağdaddan qərbdə yerləşən Əbu-Qreyb vilayətində və paytaxtdan şimal-qərbdə yerləşən yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu hücumlar nəticəsində 4 nəfər ölüb.
Hücumlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Mənbə:> Oxu.Az