Türkiyədə terror aktı, 8 əsgər şəhid olub » AzNews.info -Xəbər portalı

Türkiyədə terror aktı, 8 əsgər şəhid olub

Türkiyədə terror aktı, 8 əsgər şəhid olub


Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi postda terror aktı baş verib.

Oxu.Az CNN Türk telekanalına istinadən xəbər veir ki, bomba yüklənmiş avtomobillə posta hücum nəticəsində 8 əsgər şəhid olub.

Hücumu PKK terror təşkilatının törətdiyi bildirilir.

Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda yaralananlardan 5-nin hərbçi olduğu bildirilir.

Partlayışdan sonra ərazidə 5 metr dərinliyində və 10 metr enində böyük çuxur yaranıb. Hadisədən dərhal sonra qəsəbədə havadan dəstək verilən geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

Əraziyə çoxlu sayda təcili yardım maşını cəlb edilib. Yaralılar Şəmdinli və Yüksəkova dövlət xəstəxanalarına aparılıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *