Səməndər Rzayevin 70 illiyi qeyd olunacaq » AzNews.info -Xəbər portalı

Səməndər Rzayevin 70 illiyi qeyd olunacaq

Səməndər Rzayevin 70 illiyi qeyd olunacaq


Fevralın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunacaq tədbirdə sənətkarın ömür yolundan, yaradıcılığından, Azərbaycan teatr sənətinə bəxş etdiyi dəyərli töhfələrdən söz açılacaq.

Qeyd edək ki, yaradıcılıq fəaliyyətinə Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada yaddaqalan obrazlar yaradıb. Səməndər Rzayev teatr fəaliyyəti ilə yanaşı “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə çəkilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *