Özbəkistan mətbuatı Qobustan haqqında "Dünya Mədəni İrs Siyahısına daxil olan Azərbaycan tarixinin daş yaddaşı - Qobustan" adlı məqalə vermişdir » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Mədəniyyət

Özbəkistan mətbuatı Qobustan haqqında "Dünya Mədəni İrs Siyahısına daxil olan Azərbaycan tarixinin daş yaddaşı - Qobustan" adlı məqalə vermişdir

Özbəkistan mətbuatı Qobustan haqqında "Dünya Mədəni İrs Siyahısına daxil olan Azərbaycan tarixinin daş yaddaşı - Qobustan" adlı məqalə vermişdir


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın nüfuzlu "podrobno.uz" saytı dünyada ən qədim insan məskənlərindən biri olan Qobustan haqqında Гобустан – историческая каменная память Азербайджана, вошедшая в список мирового культурного наследия" adlı məqalə vermişdir.

Məqalədə qeyd olunur ki, tarixi Mesopotamiyadan da daha qədim sayılan Qobustan abidələri Azərbaycanın paytaxtı Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir.

AzNews.info xəbər verir ki, müəllif Dəmir İsaev Qədim sivilizasiyanın beşiklərindən biri olan bu məkanda üzərində günəş təsvirləri olan qayıq rəsmlərinin bir anda hərəkətə gəlib insanı 15 min il əvvələ - yuxarı paleolit dövrünə apardığını yazır və qeyd edir ki, məhz bu məkan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan verir.

Məqalədən sitat: "Azərbaycan tarixinin daş yaddaşı - Qobustan dünyada bu ölkəni tanıdan ən qədim kitabədir. Hər daşı canlı tarix olan bu müqəddəs yerin hər qarışında Azərbaycan xalqının keçmişi, kim olmağı, haradan gəldiyi, məşğuliyyəti, yaddaşı, mədəniyyəti, musiqisi barədə xəbər verir.

Daha sonra məqalədə qavaldaş haqqında yazılır və vurğulanır ki, qavaldaş - daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir və burada qayalarda qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunmuşdur. Qayalardakı Roma yazısının isə eramızın 81-96-cı illərinə aid olduğu bildirilir.

Müəllif yazır ki, Qobustan qayalarında regionun 15 min illik həyat tarixi -yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur. Bu unikal tapıntı haqqında dünya ictimaiyyətinə Qobustanın ilk tədqiqatçısı, arxeoloq İshaq Cəfərzadənin 1939-cu ildə məlumatlandırdığını və Azərbaycan dövləti tərəfindən 1966-cı ildə qayaüstü rəsmləri əhatə edən ərazini Qobustan dövlət tarixi-bədii qoruğu elan edildiyi məqalədə öz əksini tapmışdır.

Dəmir İsayev öz məqaləsində qeyd edir ki, məşhur norveçli alim-səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməmiş, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadlarının vaxtilə Qobustan ərazisində yaşadığını, sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getməsi barədə fikirlər irəli sürmüşdür. O, Tur Heyerdalın Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırmışdır.

Müəllif Qobustan abidəsini bir də onunla maraqlı hesab edir ki, burada insan həyatının təxminən eramızdan əvvəl X-XVIII əsrləri əhatə edir və Qobustan abidəsinin Azərbaycanın digər əyalətləri - Naxçıvan, Kəlbəcər, Göyçə-Zəngəzur, İrəvan (indiki Ermənistan ərazisində) ərazilərindəki qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları ilə eynilik təşkil edir.

Məqalədə yekun fikrə gələn müəllif Dəmir İsayev yazır: "Bütün bunlar göstərir ki, Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər boyu onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir. Qədim odlar diyarı bəşəriyyətin ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir."

Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyi və təşəbbüsü ilə Azərbaycan muğamının, Novruz bayramının, aşıq, tar ifaçılıq sənəti, xalçaçılıq sənətinin YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edildiyi qeyd olunur və dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğunun da 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edildiyi yazılır

Müəllif sonda bu qədim məkanın hazırda Azərbaycana üz tutan hər bir əcnəbidə böyük maraq doğurduğunu və Azərbaycana səyahət edən Özbəklərə, turistlərə bu möcüzəli və maraqlı ərazini ziyarət etməyi tövsiyə edir.

Məqalənin tam versiyası ilə bu linkdə tanış olmaq mümkündür.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *