Bakıda 3 nəfər oğlan gənc qızı “AquaPark”da döydülər
Bakıda yerləşən məşhur istirahət və əyləncə mərkəzlərindən birində kütləvi dava baş verib.
AzNews.info xəbər verir ki, bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Belə ki, 1995-ci il təvəllüdlü Leyla Məmmədova Novxanı qəsəbəsi ərazisində yerləşən “AquaPark” istirahət və əyləncə mərkəzində tanımadığı 3 nəfər oğlan tərəfindən döyüldüyü barədə polisə şikayət edib.
Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırma başlanılıb. L.Məmmədovaya qarşı xuliqanlıq edən şəxslərin axtarışları davam etdirilir.
Mənbə:> Report.az